Şəkidə evdə yanğınla nəticələnən partlayış olub

Cəmiyyət
15:34 / 28.10.2023
13100
Şəki şəhərində ümumi sahəsi 180 m² olan birmərtəbəli, 3 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Sfera.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruskiyaları 145 m² sahədə yanıb. Evin qalan hissəsi, bitişik talvar və qonşu evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.