Ödənişli yolda sürət şousu - Saatda 230-la sürürlər + Fotolar

Ödənişli yolda sürət şousu - Saatda 230-la sürürlər + Fotolar

Yenicə açılmış Bakı-Quba-Rusiya Federasiyası yolundan nəqliyyat vasitələrinin hələlik az istifadə etməsi və bu yolda radarların hələ ki quraşdırılmaması sürət həvəskarlarının bu yola axınına səbəb olub.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son günlərdə ödənişli yolda avtomobilini saatda 200 kilometr və daha artıq sürətlə idarə edən şəxslər spidometrin şəklini çəkərək paylaşırlar. Bundan başqa Bakıda motosikletlə yarışmağa uyğun yer tapa bilməyən moto həvəskarlarının da ödənişli yola axını müşahidə edilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılır.

 

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycanda magistral yollarda maksimal sürətin 110 km/saat təyin olunduğunu açıqlayıb. Təyin edilmiş sürəti keçənlər isə inzibati məsuliyyət daşıyır.

 

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

 



OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...