Bakıda növbəti aksiya keçirilib, 400 şam ağacı əkilib + FOTOLAR

Bakıda növbəti aksiya keçirilib, 400 şam ağacı əkilib + FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə mövsümlə əlaqədar keçirilən kütləvi ağacəkmə aksiyaları çərçivəsində oktyabrın 28-də Bakı Şəhər İcra Hakimiyyəti strukturlarının əməkdaşları və RİİB könüllülərinin iştirakı ilə Qaradağ rayonu ərazisində 400 ədəd şam ağacı əkilib. Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib.

 

Bu barədə Sfera.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Həmçinin paytaxtın “Nizami Gəncəvi” parkında Abşeron iqlimi üçün yeni olan 50 ədəd tez boy atan və gözəl çiçəkli pavlovniya bitkisi də əkilib. Pavlovniya bitkisi və müxtəlif rəngdə çiçək açan digər kol və ağacların kütləvi əkilməsi qlobal iqlim dəyişiklikləri, su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı və yerli iqlimə uyğun bitkilərin əkilməsi işləri çərçivəsində həyata keçirilir.

 

Qeyd edək ki, mövsüm ərzində paytaxt ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...