Göbələkdən zəhərlənmə halları niyə artır? - VİDEO

Göbələkdən zəhərlənmə halları niyə artır? - VİDEO

Göbələk zəhərlənmələrinin sayı artıb.

 

Xezerxeber.az-ın məlumatına görə, Zaqatalanın Aşağı Tala kənd sakini, 2008-ci il təvəllüdlü Aysun Hikmət qızı Mehdiyeva ağır zəhərlənmə diaqnozu ilə Bakıya gətirilib.

 

Anası deyir ki, övladı göbələyi sevdiyindən onun işdən gəlməyini gözləməyib. Özü təmizləyərək bişirib və dərhal halı pisləşib. Valideynləri onu əvvəlcə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparıblar. Məktəblinin səhhətini ağırlaşdığından o, 3 gün əvvəl Bakıya Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə  yerləşdirlib.

 

Nahidə Mehdiyava deyir ki, meşə göbələyindən evlərində dəfələrlə yeyilib, ilk dəfədir belə halla qarşılaşıblar.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, zəhərlənmə prosesi göbələk yedikdən bir gün sonra belə baş verə bilər.

 

Zəhərlənmə zamanı mədə nahiyəsində ağrılar, baş gicəllənmə, baş ağrı, getdikcə sarılıq əlamətləri başlayır. Qaraciyər və böyrək funksiyası pozulur. İlkin tibbi yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq vacibdir.

 

Son bir ay ərzində Qax və Zaqatala bölgəsində göbələkdən zəhərlənmə diaqnozu ilə 30 nəfər xəstəxanaya göndərilib. Mütəxəssisin sözlərinə görə, insanlar meşədən toplanılmış göbələyi yeməməli, göbələk alarkən mütləq diqqətli olmalıdırlar. Yeməli göbələyin içərisinə bir tək zəhərli göbələyin qarışması belə bütün ailənin zəhərlənməsinə və məhvinə səbəb ola bilər.

 

Azər Maqsudov qeyd edib ki, marketdə satılan, qablaşdırılmış göbələklər zərərsiz hesab edilir. Lakin, məhsulu alarkən etiket məlumatları, yəni saxlanma tarixi mütləq nəzərdən keçirilməlidir.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...