Hikmət Hacıyev Qazaxıstanın “Dostık” Ordeni ilə təltif olundu

Hikmət Hacıyev Qazaxıstanın “Dostık” Ordeni ilə təltif olundu

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) Ordeni ilə təltif edib.

 

Sfera.az xəbər verir ki, yüksək mükafatı H.Hacıyevə Prezident K.Tokayevin adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.

 

Diplomat bildirib ki, H.Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.

 

Öz növbəsində, H.Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtəfəli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.

 

Görüş zamanı noyabrda Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin önəmi qeyd olunub.

 

Qeyd edək ki, Qazaxıstan Respublikasının “Dostık” Ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən vətəndaşlar təltif olunur. Belə ki, I-ci dərəcəli “Dostık” Ordeni keçən il Qazaxıstan Prezidenti K.Tokayev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.

 

2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Ali Mükafatı – “Altın Kıran” (Qızıl Qartal) Ordeni ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...