Sertifikatlaşdırılma prosesinin müsahibə nəticələri AÇIQLANDI

Sertifikatlaşdırılma prosesinin müsahibə nəticələri AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri elan edilib.

 

Sfera.az Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

 

Sentyabrın 8-də keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib.

 

İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

 

Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

 

Nəzərinizə çatdırırıq ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

 

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.


OXŞAR XƏBƏRLƏR

Kallasdan Ermənistana: "Tərəfdaşlığımızı dərinləşdirmək istəyinizi alqışlayırıq"

“Siyasi birlik İrəvanın tərəfdaşlığı dərinləşdirmək niyyətini alqışlayır”.    Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəb...

Dostluq körpüsü uçdu: 18 nəfər itkin düşdü

Çin və Nepalı birləşdirən körpü daşqın nəticəsində uçub.   Sfera.az xəbər verir ki, hadisə zamanı 18 nəfər itkin düşüb.   İtkin düşmüş şəx...

Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 3338 nəfər iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq növbəti mərhələ olan müsahib...

Yayın ən şanslı 3 bürcü BUNLARDIR

2025-ci ilin yay fəslində ulduzlar bəzi bürclərə xüsusi şans vəd edir.    Sfera.az xəbər verir ki, astroloqların proqnozlarına görə, bu ilin iyu...

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...

Hərbi prokuror sərhədçilərlə birlikdə

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıv...