“Bu qərar Azərbaycan sahibkarlarına mənfi təsir etməyəcək” – İqtisadçı ekspert

“Bu qərar Azərbaycan sahibkarlarına mənfi təsir etməyəcək” – İqtisadçı ekspert

Rusiya Baş naziri Mixail Mişustin ixracına rubl hesablaşmaları vasitəsilə icazə verilən kənd təsərrüfatı məhsullarının siyahısını təsdiq edib. Müvafiq siyahıya donuz əti, quş əti və yeməli əlavə quşçuluq məhsulları, süd və qaymaq, arpa, qarğıdalı, buğda və meslin, soya, kətan toxumu, günəbaxan, soya və kolza yağı, şəkər, o cümlədən yağ istehsalından qalan sıxılmış bərk kütlə (jmıx) və digər bərk qalıqlar daxildir.

 

Rusiya ilə aktiv ticari əlaqələri nəzərə alsaq, bu qərar Azərbaycan sahibkarlarına hansı şəkildə təsir edəcək?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli sözügedən qərarın yerli sahibkarlar üçün yenilik kəsb etməyəcəyini deyib:

 

"Bu fərman bizim üçün yenilik kəsb etmir. Aydın məsələdir ki, Rusiyada rublun məzənnəsini Rusiya Mərkəzi Bankı tənzimləyir. Azərbaycan sahibkarı Rusiya ilə idxal-ixrac əməliyyatları etdikdə dollarla ödəniş həyata keçirəcək. Rusiya sahibkarları rublun dəyərdən düşməsini müqavilələrdə nəzərdə tuturlar. Onlar müqavilələri avro, dollar ya da bunlara bağlı rublla bağlayırlar. Bu baxımdan onlar artıq ilyarımdır ki, bu prosesə adaptasiya olublar. Azərbaycan sahibkarı da Rusiya ilə iş prosesində valyuta oynamalarına hazırdır".

 

Ekspert Rusiyada qara bazarın olmamasının mənzərəni dəyişdirdiyini bildirib:

 

"Rusiya hökuməti istəyir ki, gələn pulu şirkətlər dollar hesabında saxlamasınlar. Dolların bazara çıxarılması ilə bağlı istək var ki, rublun kursuna təzyiq formalaşmasın. Sahibkarlar görürlər ki, rubl ucuzlaşır, onlar da pullarını dollar şəklində saxlamağa çalışırlar. Rusiyada qara bazar olmadığına görə güman etmirəm ki, bu qərar Azərbaycan sahibkarına təsir etsin. Əgər orada qara bazar olsaydı, o zaman bu, fərqli nəticələr verərdi".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...