Macarıstanın Baş naziri Avropa İttifaqının rəhbərliyini dəyişməyə çağırıb
Dünya
13:47 / 27.10.2023
7585
Macarıstanın Baş naziri Viktor Orban böhranın öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyini dəyişməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Macarıstan lideri bildirib ki, hazırda Brüsseldə Ukraynadakı münaqişədən irəli gələn problemlərin öhdəsindən gələ bilən “kifayət qədər yaxşı liderlər” yoxdur.
“Bəlkə də sülh dövründə onlar yaxşı liderdirlər, amma indi bu cür rəhbərlik səmərəsizdir. Buna görə də, Brüsseldə dəyişikliklərə ehtiyac var",- Orban deyib.
Baş nazir 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamenti seçkilərində bu problemin həll edilməli olduğunu bildirib.
Əzizə