Cəlal Qurbanovdan nazirə təşəkkür MÜRACİƏTİ: “Nə yaxşı ki...”

Cəlal Qurbanovdan nazirə təşəkkür MÜRACİƏTİ: “Nə yaxşı ki...”

Tanınmış nəğməkar-şair Cəlal Qurbanov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür edib.

 

Sfera.az bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

 

C.Qurbanov  Daxili İşlər Nazirliyinin iş prinsiplərindəki şəffaflıq, cəsarət, disiplin, vətəndaşa xidmət, müraciətlərə operativ reaksiya, asayişin qorunmasına həssaslıq, təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ən əsası Vətənin bütövlüyünün qorunmasında DİN əməkdaşlarının fəal iştirakının təşkil olunması işlərinin göz qabağında olduğunu yazıb:

“Bu mənada sizə vətənsevər kimi bir daha təşəkkürümü bildirir, timsalınızda qurumun bütün əməkdaşlarına möhkəm can sağlığı və nailiyyətlərin davamını arzu edirəm. Təəssüf ki, hər bir vətəndaş kimi mən də narahatçılığıma səbəb olan bəzi cinayət əməllərinə məruz qalmış və nə yaxşı ki, onlarla mübarizənin ən doğru yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görmüşəm. Artıq neçə ildir ki, kiber cinayətlə məşğul olan bir və bir neçə insanın hədəfinə çevrilmiş, işgüzar və ictimai nüfuzuma xələl gətirən bu şəxslərin əsl kimliyini üzə çıxarılmasında çətinliklə qarşılaşmışdım.

Yalnız sizə müraciət etdikdən sonra, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi sayəsində bu şəxslərin müəyyən  insanlar tərəfindən yönləndirildiyinin aşkara çıxmasına müvəffəq olmuş, fake profillərlə gizlənən kiber cinayət əməllərinin gizli qalmadığı həmin şəxslər üçün dərs olmuşdur. Mənim şəxsən sizə etdiyim müraciətdən sonra qısa müddət ərzində aşkara çıxan bütün məqamlara görə dərin minnətdarlıq hissilə sizə təşəkkür edir və  kiber cinayətə məruz qalan bütün vətəndaşları ən doğru ünvan olan Daxili İşlər Nazirliyinə müraciətə çağırıram. Bir daha əmin oldum ki, polisimiz bizim həm fiziki, həm də mənəvi təhülkəsizliyimizin keşiyindədir. Allah Azərbaycan polisini qorusun!”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...