Nazirliyin keçmiş əməkdaşı tanışı ilə birgə HƏBS EDİLDİ

Nazirliyin keçmiş əməkdaşı tanışı ilə birgə HƏBS EDİLDİ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və digər əməllərdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləmiş Rövşən Xəlilov və tanışı Gülgün Nəsirovaya hökm oxunub.

 

R.Xəlilova 2 il məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay həbs cəzası verilib. Onun tanışı, 1989-cu il təvəllüdlü G.Nəsirovaya isə 1 il 6 ay məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. Hər iki şəxs məhkəmə zalındaca həbs edilib.

 

Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq R.Xəlilov və G.Nəsirova barəsində məlumat yaymışdı. Bildirilmişdi ki, onlar qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talayıb. Həmçinin faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədiblər.

 

Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.


OXŞAR XƏBƏRLƏR

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...