Azərbaycanlı sürücülərin Polşaya KÜTLƏVİ AXINI: “Maaşlarının 4 qat artığını alırlar”
“Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur”.
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu proses 3 ildir davam edir:
“Yüksək maaş yüzlərlə sürücünü cəlb edir və onlar ölkədən kütləvi şəkildə gedirlər. Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar. Burada 800 manat ala bilənlər, orada 3000 manatdan çox qazanırlar. Bu baxımdan hazırda ölkəmizdə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür. Peşəkar avtobus sürücüsü yetişdirmək üçün “AYNA” tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana görə cəmi 10 nəfər müraciət edib”.
Ekspert bildirib ki, hökumət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır:
“Əks halda, qeyri-peşəkar sürücülər avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik. Hər gün davalar, qəzalar, yolda yarışmalar və.s müşahidə edəcəyik”.
Günay