“Qarabağ”a qol vuran futbolçu ən yaxşı adına namizəddir

11:33 / 27.10.2023
8138
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sfera.az xəbər verir ki, Rayan Qravenverx(“Liverpul”), Volf Eikrem (“Molde”), Vinçentso Qrifo (“Frayburq”) və “Qarabağ”la görüşdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan Florian Virts (“Bayer”) siyahıda özünə yer edib.
UEFA-nın rəsmi saytında keçiriləcək səsvermədən sonra qalibin adı dəqiqləşəcək.
Qeyd edək ki, “Qarabağ” “Bayer”lə matçda 1:5 hesabı ilə uduzub.