“Muğan Bank”-a məxsus kartlardakı pulların taleyi necə olacaq? - AÇIQLAMA

“Muğan Bank”-a məxsus kartlardakı pulların taleyi necə olacaq? - AÇIQLAMA

“Muğan Bank”da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı narahatlıqlar var.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir:

 

“Qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir. Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlərdə olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir”.

 

Millət vəkili bildirib ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qorunan əmanət kimi vətəndaşlara ödənilir:

 

“Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...