“Avropa İttifaqı Ermənistanı sülhdən yayındırır” – Növbəti görüş baş tutacaqmı?

“Avropa İttifaqı Ermənistanı sülhdən yayındırır” – Növbəti görüş baş tutacaqmı?

“Ermənistan Baş naziri Nikol Paşinyanın sülh açıqlamaları mənasızdır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Avropa parlamenti və Avropa Şurasının  Azərbaycana qarşı əsassız qətnamələrinin qəbulu, Avropa İttifaqı rəsmilərinin suverenliyimizə qarşı açıqlamaları, Qarabağdan köçən ermənilərin geri qaytarılması kimi məsələlərin danışıqlar masasına çıxarılması Ermənistanla gözlənilən görüşün üstündən xətt çəkib:

 

“Paşinyan Tiflisdə keçirilən “İpək yolu” forumunda regionun xəritəsini nümayiş etdirir, kommunikasiyaların açılmasını qeyd edir, sülhdən danışır, amma danışıqlarda əsassız iddialar irəli sürür. Azərbaycanın Qranada və Brüssel görüşünə qatılmaması artıq Avropa İttifaqının vasitəçiliyindən imtina deməkdir. Ermənistanı sülh prosesindən yayındıran Avropa İttifaqıdır. Avropa İttifaqının mövqeyində dəyişikliklər isə rəsmi Parisin təzyiqləri fonunda formalaşıb”.

 

Ekspert bildirib ki, Avropa İttifaqı əvvəlki kursundan yayınır və  konkret məsələlər yox, erməni iddiaları ilə məsələyə qatılır: “Azərbaycan və Ermənistan arasında danışıqlar üçün üçüncü tərəfin iştirakı olmadan ikitərəfli format daha məqbuldur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...