“Problem bizdə yox, “Bayer”də idi” - Qurban Qurbanov

“Problem bizdə yox, “Bayer”də idi” - Qurban Qurbanov

“Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik”.

 

Sfera.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

 

“Futbolçularım çox əziyyət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də görmüşdük. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Qısa olaraq deyim ki, problem bizdə deyildi, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Bütün xətlərdə ustalıq səviyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər” - Qurbanov bildirib.

 

Qurban Qurbanov “bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?” sualına isə belə cavab verib:

 

“Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar”. 


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq"...

15 ölkə Fələstin dövlətini tanımaq üçün çağırış edib

Avstraliya, Kanada, Fransa və İspaniya da daxil olmaqla 15 ölkə birgə bəyanat yayaraq, Fələstinin müstəqilliyini tanımağa çağırıblar.   Sfe...

Bakıda skuter sürən qızı maşın vurub öldürdü

Avtomobilin skuteri vurması nəticəsində dünyasını dəyişən azyaşlı qızın kimliyi məlum olub.   Bu barədə Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər...

Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir – Hikmət Hacıyev

“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir.”   Sfera.az xəbər verir ki, bunu&nb...

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...