Futbol dünyasında ilk irqçilik qurbanı - Uolter Tull

Futbol dünyasında ilk irqçilik qurbanı - Uolter Tull

1888-ci ildə anadan olan Walter Tull ingilis ana və Barbados əsilli bir qulun oğlu idi. Metis olmasına baxmayaraq, insanların gözündə həmişə “qara” olub.
 

Sfera.az futbol dünyasının ilk irqçilik hadisəsi haqqında yazı təqdim edir.
 

Anasını yeddi, atasını doqquz yaşında itirən bu balaca oğlan uşaq evində böyüyüb.


Futbola “Klapton”da başlayan hücumçu 1909-cu ildə “Tottenhem”ə transfer olunub.


O, karyerasına "Sanderlend"ə qarşı debüt etməklə başlayan zaman, Artur Uortondan sonra İngiltərənin ikinci qaradərili futbolçusu oldu.


Hər şey yuxu kimi başladı. Lakin bu yuxu tezliklə kabusa çevrildi. 10 matçda meydana çıxan və iki qol vuran futbolçu birdən-birə meydandan kənarlaşdırılıb.


Şayiələrə görə, onun dərisinin rəngindən başqa heç bir günahı yox idi və bu, rəqib azarkeşlərin ona qarşı etdiklərindən daha pis idi.


1909-cu ildə “Bristol Siti” ilə səfər oyununda məruz qaldığı irqçilik isə futbol tarixinə bir ilk olaraq düşüb. İlk dəfə idi ki, futbol dünyasında irqçilik hadisəsi qeydə alınırdı.


Uolter Bristolda yaşadığı iyrənc təcrübədən sonra geri çəkilmişdi. Amma komanda yoldaşları ona dəstək olmaq əvəzinə arxa çevirdilər.


“Northampton Town” klubu Uolterlə maraqlanırdı və 17 yanvar 1911-ci ildə müqavilə imzaladı.


Onu “Northampton Town”a gətirən Herbert Çapman dövrünün ən önəmli meneceri idi. Sonradan “Haddersfild Taun” və “Arsenal”ı çempion edən əfsanəvi məşqçi gəncin dərisinin rənginə yox, istedadına qiymət vermişdi.


Uolterin uçmağa qanadı yox idi, lakin I Dünya Müharibəsinin başlaması milyonlarla insan kimi onun da həyatına təsir etdi.


1940-cı ildə 111 dəfə “Northempton”da çıxış edən Tullun Qlazqo ilə müqavilə imzaladığı məlum olub. Amma müharibə onu stadiona yox, cəbhəyə sürüklədi.


Birinci Dünya Müharibəsində iştirak edən futbolçunun liderlik qabiliyyəti burada da qısa zamanda nəzərə çarpdı. O, çavuş rütbəsinə yüksəldi.


Qanuni olaraq qaralar o vaxtlar zabit ola bilməzdilər. Buna baxmayaraq, qətiyyətinə və hərbi bacarığına biganə qalmayan rəisləri onu Şotlandiyada zabitlər məktəbinə göndərirlər.


1917-ci ildə leytenant rütbəsi alan Tull bununla da Britaniya ordusunun ilk qaradərili zabiti oldu. Qanunlar nə deyirsə desin, dəri rənginə qalib gəlib ağlara liderlik etməyi bacarmışdı.


1918-ci il martın 25-i - Uolter Fransanın Pas-de-Kale şəhərində son nəfəsini verdi. Onun cəsədi heç vaxt tapılmayıb. Əslində isə səksən ilə yaxın unudulub, bir gün xatırlanana qədər...


O, İngiltərə liqalarında ikinci qaradərili, kral ordusunda zabit olan ilk qaradərilidir. Futbol meydançalarında ilk məlum irqçilik hadisəsinin də qurbanı olan ilk qaradərilidir.


Birinci Dünya Müharibəsindən qayıda bilsəydi, “Qlazqo Reyncers”ə gedəcəkdi, amma bacarmadı...
 

Uşaq evində qardaşı Edvard ilə birlikdə qaldığı zaman, Qlazqolu cütlük Edvardı övladlığa götürmüşdü. Bununla da, yolları ayrılmış, Uolter valideynlərinin itkisindən daha ağır travma almışdı.

 

Məhz buna görə də, Qlazqoya getmək onum üçün həyatının dönüş nöqtəsi olacaqdı.
 

Müharibə başlayan zaman ilk könüllülərdən olaraq cəbhəyə yollanan Uolterin ölümü belə o vaxt diqqət çəkməsə də, yalnız son illərdə tarixçi və bioqraf Fil Vasilinin işi sayəsində tam tanınmağa başlayıb.

 

Tullun Hərbi Xaç mükafatına layiq görülməsi üçün kampaniya da başlanıb.


Bristolda azarkeşlərin təhqiramiz ifadələrlə alçaltdığı Tull, müharibədə bir sıra klublardan peşəkar oyunçuların iştirak etdiyi "Futbolçular Batalyonu"nun Middlesex Alayında qəhrəmanlıq göstərmişdi. Ölümü də məruz qaldığı irqi zorakılıq qədər ağrılı oldu.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...