Dünyanın ən şanslı adamı - “Titanik”ə gecikməklə xilas olmuş türk həkim

Dünyanın ən şanslı adamı - “Titanik”ə gecikməklə xilas olmuş türk həkim

1912-ci il aprelin 15-də aysberqlə toqquşaraq batan “Titanik”, illər keçsə də marağımızın heç vaxt azalmayacağı bir hadisədir.

Sfera.az bu yazıda sizə “Titanik”ə gecikməklə, ölümdən xilas olmuş yeganə sərnişin, türk həkim Ömer Besim haqqında məlumat təqdim edir.


Filmdən də bildiyimiz kimi, o dövrün ən böyük okean gəmisi olan “Titanik” səyahətinin 4-cü günündə aysberqə dəyərək batmağa başlayıb və nəticədə çox sayda insan həlak olub.


İngiltərənin Southampton şəhərindən Nyu Yorka yola düşən gəminin göyərtəsində təxminən 2224 nəfər olub.


 

Həmin dəhşətli qəzada ümumilikdə 1514 nəfər həlak olub. Sağ qalanlar o anları illər keçsə də unuda bilməyiblər. Bu, doğrudan da böyük faciə idi.
Sağ qalanlar qədər şanslı başqa bir insan da var idi: “Titanik”ə gecikən yeganə sərnişin.
 

Türkiyəli həkim Besim Ömər Akalın əvvəlcədən planlaşdırdığı bu səfəri uzun müddət gözləyərək Fransadan yola düşüb.
Türkiyənin ilk ginekoloqu Həkim Besim Ömər Paşa Nyu Yorkda sağlamlıq konqresində iştirak etmək üçün “Titanik”ə bilet alıb.


Biletini 1 ay əvvəldən alan həkim Besim Ömər Paşa İstanbuldan qatarla Parisə gələrək Normandiya sahillərinə çatıb və La-Manş boğazını keçmək üçün bərəyə minib.

 

Besim Ömər Paşanın mindiyi bərə duman səbəbindən gecikib və Titanik yola düşdükdən düz 4 saat sonra limana çatıb.

 

16 saat gecikən Həkim Besim Ömər Paşa limana çatanda Titanik limanı artıq 4 saat idi ki, tərk etmişdi. Ömər Paşa Nyu Yorka gedən yeni gəmiyə bilet alıb.


 

Gəminin yola düşməsini gözləyərkən qəzetləri oxuyan Besim Ömər Paşa “Titanik”in batdığını və adının ölənlər siyahısında olduğunu görüb.


Gəmiyə geciksə də, adı siyahıdan çıxarılmayıb.


Çamadanları və əşyaları əvvəlcədən “Titanik”ə yüklənən Ömər Besim Paşa xilas olan yeganə sərnişin olub.


Bu gecikmə onun üçün böyük bir şans idi. Ömər Besim Paşa bu fəlakətdən son anda xilas olub. Daha sonra bütün dünyada, xüsusən də Türkiyədə çox mühüm işlər görüb.


Sonrakı müsahibəsində o, “Titanik”dən sağ qalan yeganə türkəm, ona görə də artıq heç bir qəzadan qorxmuram” demişdi.


 

Müsahibəsində artıq qəzalardan qorxmadığını deyən Ömər Besim Paşa:
 

"1514 ölü... Bir az tez çatsaydım, bu rəqəm 1515 ola bilərdi. Həyatımı bir bərəyə gecikməyə borcluyam” - demişdi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR