Yemək yeməyinə mane olur və üzünün yarısını tutur
Blogger Vienna Würstel dodaqlarına rekord miqdarda - 30 ml dolgu yeridib. İndi dodaqları onun üzünün yarısını tutur. Qız özü bunu gözəl hesab edir və bununla da kifayətlənmək niyyətində deyil.
Sfera.az bildirir ki, Viena Würstel özünü plastik cərrahiyyə pərəstişkarı adlandırır. O, bu yaxınlarda dodaqlarına anormal həddə dolgu yeritməklə özünü yenidən enerji yığmış kimi hiss edir.
Bloger deyir ki, üzərində ixtisaslı cərrahlar işləyir, ona görə də o, bıçağın altına girib yeni xarici görünüş sınaqdan keçirməkdən çəkinmir.
“Keçən dəfə 3 ml, ondan əvvəl 7 ml dolğu vurdum. Daha əvvəl də 7 ml dolğum var idi. Ümid edirəm gələcəkdə daha çoxunu edə biləcəm”.
Blogerin dediyinə görə, indi dodaqlarının ölçüsünə görə yemək yemək, içmək və danışmaq onun üçün çətindir. Buna görə də indi o deməm olar ki, “ot-ələflə” qidalanır.
Würstelin izləyiciləri onun dodaqlarının ölçüsündən şoka düşüblər. Sosial şəbəkə istifadəçiləri şərhlərdə ona eyni tempdə davam etsə, dodaqlarının partlayacağını yazıblar.
Aynil
Sfera.az