Məşhur ulduz HƏMAS-a dəstək verdiyi üçün həbs edildi - FOTO
Ərəb əsilli məşhur israilli aktrisa Maisa Abd Elhadi terror təşkilatı HƏMAS-a dəstək verdiyi üçün saxlanılıb.
Sfera.az xəbər verir ki, İsrail polisi aktrisanın HƏMAS-ın son hücumundakı zorakılığı dəstəklədiyini bildirib. Məşhur sosial şəbəkələrdə Həmas-ın girov götürdüyü 85 yaşlı qocanın videosunu yayımlayıb. Əsl şoka səbəb isə, onun pərəstişkarlarının şərhlərinə təcavüz aktlarını bəyəndiyini bildirməsi olub.
İnstaqramdakı videoda HƏMAS terrorçuları tərəfindən əsir götürülən 85 yaşlı Yaffa Adar əks olunub. Aktrisa paylaşıma gülüş emojisi əlavə edib, həmçinin terrorçuların İsraili Qəzza zolağından ayıran təhlükəsizlik səddini aşması ilə bağlı fotonu da əlavə edib. O, yazılarını 1989-cu ildə Berlin divarının yıxılmasına açıq şəkildə işarə edərək:
“Bunu Berlin üslubunda edək" - başlığı ilə paylaşıb.
Maysa Abd Elhadinin həbsi şəbəkədə qəzəbli reaksiyaya səbəb olub, xüsusən də aktyor yoldaşı Ofer Şexter onun hərəkətlərindən qəzəbləndiyini və məyus olduğunu bildirib.
Qeyd edək ki, Abd Elhadinin rol aldığı məşhur filmlər və televiziya şoularına “Dünya Müharibəsi Z” (2013), “Bağdadın mərkəzi”, “Ləyaqət” və “Tel Aviv Yanğını” daxildir.
Aynil
Sfera.az