Qarabağa səfər etmək üçün bu məhdudiyyət aradan qaldırıldı

Qarabağa səfər etmək üçün bu məhdudiyyət aradan qaldırıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.

 

AYNA-dan Sfera.az-a verilən məlumata görə, oktyabrın 27-dən etibarən 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.

 

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

 

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...