Fransa Ermənistanı yeni müharibəyə hazırlayır? – AÇIQLAMA

Fransa Ermənistanı yeni müharibəyə hazırlayır? – AÇIQLAMA

“Fransa Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satır”.

 

Bu barədə “Le Mond” nəşri yazıb. Bildirilib ki, hərbi yardım təkcə birgə təlimlərlə yekunlaşmır, eyni zamanda Fransa Ermənistana müxtəlif texnikalar, zenit-raket kompleksləri satır.

 

Burada söhbət heç də Ukraynaya göstərilən məhdud silah tədarükündən deyil, məbləği bir neçə yüz milyon avroya çata biləcək müqavilələrdən gedir. Nəşrin yazdığına görə, İrəvanın bu məbləği necə ödəyəcəyi hələ ki, məlum deyil.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi Paris xüsusilə son illər İrəvanı açıq-aydın dəstəkləyir:

 

“Fransanın məqsədi Cənubi Qafqazdakı daimi gərginliyi təmin etməkdir. Çünki rəsmi Paris bu yolla regiona müdaxilə edərək öz maraqlarını təmin edir. Bu baxımdan nə “3+3 platforması”, nə də sülh müqaviləsi Fransanın maraqlarına xidmət edir. Çünki hər iki versiya kənar güclərin, o cümlədən, rəsmi Parisin regiona müdaxiləsinin qarşısını alır. Fransa Ermənistanı silahlandırmaqla əslində bu dövləti “şirkinləndirir” və gələcək təxribatlara sövq edir. Beləliklə, rəsmi Paris həm də regional sabitliyə, sülh quruculuğu prosesinə zərbə vurur”.

 

Ekspert bildirib ki, Fransanın Ermənistanı silahlandırması əslində rəsmi İrəvan üçün o qədər xeyirli deyil:

 

“Fransa bu yolla Ermənistanı özündən asılı hala salır, onu riskə atır. Həmçinin, Ermənistanı silahlandırmaqla bu dövləti Qərblə Rusiya arasındakı potensial mübarizə meydanına çevirir. Nəzərə almaq lazımdır ki, ABŞ da Ukraynanı məhz bu yolla poliqona çevirmişdi. Açıq-aydın görünür ki, Fransa Ermənistanı yeni təxribata, bəlkə də, müharibəyə hazırlaşdırır. Bu isə ən çox İrəvanın özünə ziyandır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR