Əkiz qardaşlar hərbi xidmətdən yayındı, biri həbs edildi

Əkiz qardaşlar hərbi xidmətdən yayındı, biri həbs edildi

Azərbaycanda hərbi xidmətə getməkdən yayınan gənc həbs edilib.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Laçın Rayon Məhkəməsinin 24 oktyabr tarixli hökmü ilə rayonun Qarakeçdi kənd sakini, 2004-cü il təvəllüdlü İlkin Quliyevə (şərti) 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

 

Araşdırmalar zamanı məlum olub ki, 2022-ci ilin aprel ayında İlkin Quliyevə və əkiz qardaşı Qulama (şərti) 18 yaşları tamam olduqdan sonra həqiqi hərbi xidmətə yollanmaqla bağlı çağırış vərəqəsi gəlib. Lakin onlar hərbi xidmətə getməkdən imtina ediblər. Aidiyyəti dövlət qurumundan İlkin və Qulam qardaşları ilə əlaqə saxlayıb bölməyə dəvət etsələr də, hər ikisi telefonlarını söndürüb.

 

Onlar habelə kirayədə qaldıqları yaşayış yerini dəyişdirərək gizləniblər. Yerləri müəyyən edildikdə isə qardaşlar ülgüclə qollarına xəsarət yetiriblər. Gənclər psixoloji durumlarının hərbi xidmətə getməyə uyğun olmadığını bildiriblər.

 

Lakin sonradan hər iki şəxs bir neçə dəfə tibbi müayinədən, eləcə də psixoloji müayinədən keçiriliblər və xidmətə yararlı olmaları müəyyən edilib. Bundan sonra da hərbi xidmətdən yayınan İlkin 1 saylı Respublika Psixiatrik Xəstəxanasına aparılıb. Orada da onda ciddi problemin olmaması barədə rəy verilib və hərbi xidmətə yararlı elan edilib. Buna baxmayaraq, İlkin heç vaxt hərbi xidmətə getməyəcəyini deyib. O, əsgərliyə gedərsə, nəsə pis bir hadisənin baş verəcəyindən qorxduğunu söyləyib.

 

Bundan sonra İlkin Quliyev barəsindəki materiallar Laçın Rayon Prokurorluğuna göndərilib və onun barəsində cinayət işi açılıb.


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...