3000 manatlıq telefon mövzusu ilə gündəm olan psixoloq: "Deməməliydim, lakin dedim..." - VİDEO

3000 manatlıq telefon mövzusu ilə gündəm olan psixoloq:

Ötən gün ARB telekanalında yayımlanan “Gün sonu” verilişində psixoloq Əfsanə Rüstəmova səsləndirdiyi fikirlərlə gündəm olub.

 

Onun “Emosional ehtiyacı ödənməyən qadının boşanmağa hüquqi haqqı var. 3000 manatlıq telefona emosional ehtiyacım varsa, həyat yoldaşım onu ya almalıdır, ya da boşanmalıdır. İmtina şansım var” fikri hər kəsin marağına səbəb olub və geniş müzakirələrə yol açıb.

 

Sfera.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı psixoloq Əfsanə Rüstəmova ilə danışıb.

 

O, xəbəri olmadan məşhurlaşdığını qeyd edib:

 

“Dayanmadan zənglər gəlir. Xəbərim olmadan məşhur olduğumu hiss edirəm. Səsləndirdiyim fikirlərin mənfi və müsbət olmasından asılı olmayaraq, nə dediyimi yaxşı bilirəm. Hər zaman ağlım başımda olduğu üçün doğru cümlələr qururam. Dediyim fikir kiminsə tərəfindən yanlış anlaşılıbsa, onun anlama üsulu ilə mənim ifadə üsulum fərqlidir.

 

Mənim üslubumu hər kəs başa düşə bilməz. Üslubumdakı ironiya və alt mənaları bilə bilməzlər. Məhdud çalışmanı xoşlayıram. İnsanlar belə müzakirələr aparmağı sevirlər. Nə xoş mənə ki, onlara müzakirə üçün mövzu vermişəm”.

 

Ə.Rüstəmova problemin rəqəmdə olduğunu dilə gətirib:

 

“İki kitab oxumuş insan yaxşı başa düşərdi. Əgər sən qarşı tərəfin cibini və gücünü bilirsənsə, yenə də ondan, misal üçün, verə bilməyəcəyi halda 3 000 manatlıq telefon istəyirsənsə, burada problem başqadır. Tərəflər bir-birilərinə uyğun deyillər. Əsas məsələ odur. İnsanların o qədər maddi çətinliyi var ki, rəqəm dilə gətirmək onları qıcıqlandırır”.

 

“Rəqəm deməməliydim, lakin dedim. Düşünürəm ki, hər kəs çəkinmədən, qorxmadan fikirlərini ifadə etməlidir. Düzdür, kimsə bunu şou xarakterli edir. Burada mənim narahat olacağım bir məqam yoxdur”, - deyə Ə.Rüstəmova fikrini tamamlayıb.

 


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...