Ermənilər indi də İtaliya torpağına göz dikib - GÜLÜNC İDDİA 

Ermənilər indi də İtaliya torpağına göz dikib - GÜLÜNC İDDİA 

Qarabağdakı separatizmi rüsvayçılıqla başa çatandan sonra "Böyük Ermənistan" xülyasından əl çəkməyən ermənilər indi də digər ölkələrdən ərazi iddiasına başlayıblar.

 

Sfera.az xəbər verir ki, ermənilər İtaliyanın Venesiya şəhərinin cənub-şərqində yerləşən San Clemente Adasına ərazi iddiası edirlər. 

 

Bu ərazi iddiası bir neçə ildir ki, mövcuddur. Lakin indi onlar bunu sosial şəbəkələrdə daha çox qabartmağa başlayıblar. 

 

Erməni tarixçilərin dediyinə görə, "Ermənilərin müqəddəs Lazarı" adlandırılan ada 1717-ci ildən bəri San Lazzaro erməni katolik monastırının evi olub. Onlar bu adanı erməni mədəniyyəti və ermənişünaslıq mərkəzlərindən biri hesab edir. 

 

Lakin reallıq isə tamam başqadır. Belə ki, sözügedən adada ilk dəfə məskunlaşma 1131-ci ildə olub. Venesiya taciri Pietro Qattilesso orada San Klemente kilsəsinə və Müqəddəs Torpağa gedən zəvvarlar və əsgərlər üçün mehmanxana tikintisini maliyyələşdirib. Bu ad Papa I Klementə həsr olunub. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR