Rusiya quş əti və yumurta ixracını dayandırmaq istəyir - SƏBƏB
Rusiya Kənd Təsərrüfatı Nazirliyi qiymət artımını cilovlamaq və daxili bazarda qıtlığın qarşısını almaq üçün bəzi quş əti növlərinin ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.
Sfera.az xəbər verir ki, qadağa qəbul edilərsə, 2023-cü ilin dekabrında qüvvəyə minəcək.
Departament quş əti ilə yanaşı toyuq yumurtasının ixracına qadağa qoyulmasını da təklif edib.
Nazirlik tərəfindən hazırlanan qərar layihəsi qəbul olunarsa, o, altı ay müddətində qüvvədə olacaq. Hansı növ quş ətlərinin qadağan olunması isə göstərilməyib. Kənd Təsərrüfatı Nazirliyi Rusiyada quş ətinin 2022-ci illə müqayisədə 25,3% bahalaşdığını vurğulayıb. Nazirlik hesab edir ki, bu, son aylarda istehsalın həcminin azalması və dolların yüksək məzənnəsi fonunda onun maya dəyərinin artması ilə bağlıdır. Bundan başqa, nazirlik qiymətlərin sabitləşdirilməsi məqsədilə yeməli toyuq yumurtasının xaricə satışının altı ay müddətinə qadağan edilməsini təklif edib.
Bir gün əvvəl, oktyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında bildirib ki, ilin əvvəlindən quş ətinin qiyməti 27%-dən çox artıb.
Vasif