"Yoldaşım 3 minlik telefon almırsa, boşana bilərəm" - Psixoloqdan ŞOK SÖZLƏR

Cəmiyyət
13:21 / 26.10.2023
7616
ARB tv-nin "Günə Son" verilişində psixoloqun dedikləri narazılığa səbəb olub.
Sfera.az xəbər verir ki, psxioloq Əfsanə Rüstəmova bildirib ki, qadınların emosional ehtiyacları ödənməlidir, əks halda qadın boşanma hüququndan istifadə edə bilər: "Emosional ehtiyacı ödənməyən qadının boşanma kimi hüquqi haqqı var. Mənim 3 minlik bir telefona emosional ehtiyacım varsa, həyat yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək hüququm var".
Psixoloqun bu sözləri studiyada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb.