Anasını anlaqsız vəziyyətdə baltalayıbmış - Həbs verilmədi

Anasını anlaqsız vəziyyətdə baltalayıbmış - Həbs verilmədi

Xaçmazda anasını balta ilə öldürməkdə ittiham olunan Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

 

Müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət törədərkən və hazırkı müddətdə anlaqsız vəziyyətdə olduğunu deyib. Bununla bağlı ekspertiza rəyləri də iş materiallarına əlavə edilib.

 

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti məhkəməyə təqdim edilmiş ekspert rəylərini iş üçün əhəmiyyətli hesab edib.

 

Hökmə əsasən 44 yaşlı R.Sultanov cinayət hadisəsini anlaqsız vəziyyətdə törətdiyinə görə cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında, Xaçmaz rayonunun Əzizli kəndində qeydə alınıb.

 

İttihama görə, 44 yaşlı R.Sultanov 67 yaşlı anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra kənddən qaçıb, 17 gün sonra Xaçmaz rayonunun mərkəzində saxlanılıb.

 

Ona qarşı cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...