Səhiyyə Nazirliyi: "Şəkidə gimnaziyada qızılca infeksiyası yayılıb"

Səhiyyə Nazirliyi:

Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur.

 

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, bununla belə, cari ilin ötən dövründə Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan, Gürcüstandan gətirilmə hadisələrdən baş verən sporadik yoluxma halları müşahidə edilib. Təxirəsalınmaz profilaktik tədbirlər nəticəsində yoluxma hallarının geniş yayılmasının qarşısı vaxtında alınıb.

 

"Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib", - nazirlikdən qeyd olunub.

 

Bildirilib ki, yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laborator müayinə üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib: "Gimnaziyanın fəaliyyəti xəstələrlə sıx təmasda olan digər uşaqlara gündəlik həkim baxışı və termometriya həyata keçirilməklə davam edir.

 

Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü il tarixində qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək".

 

Səhiyyə Nazirliyi belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyini vurğulayır və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edir.


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...