"Sumqayıt" "Sabah"ı məğlub etdi

İdman
21:15 / 25.10.2023
6007
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turdam təxirə salınmış oyun keçirilib.
Sfera.az-ın məlumatına görə, "Sumqayıt" "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da baş tutan qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Kamran Əliyev fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Sumqayıt" 6-cı pilləyə yüksəlib. "Sabah" 10 xalla 8-ci sırada qərarlaşıb.