Fəhlə tikintidə xəsarət aldı, sahibkar həbs edildi

Fəhlə tikintidə xəsarət aldı, sahibkar həbs edildi

Naxçıvanda sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

 

Qeyd olunub ki, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Əmir Əli oğlu Məmmədov Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədovun xəsarət alması faktı üzrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma başlamışdı.

 


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...