İsrail Suriyada hərbi obyektlərə zərbələr endirib - Ölən və yaralalanlar var

İsrail Suriyada hərbi obyektlərə zərbələr endirib - Ölən və yaralalanlar var

İsrail ordusu Suriyadakı hərbi obyektlərə hücum edib.
 

Sfera.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti oktyabrın 25-də sosial şəbəkələrdə məlumat yayıb.
 

Suriya Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində 8 əsgər həlak olub, daha 7 əsgər yaralanıb.


İsrail ordusu atəşin Suriyadan gələn hücumlara cavab olduğunu vurğulayıb.
 

Suriya Müdafiə Nazirliyi zərbələri təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 12-də İsrail Hərbi Hava Qüvvələri Suriyada hava limanlarına hücum edib. Bildirilib ki, İDF-nin məqsədi İranın təchizat xətlərini pozmaq olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR