Mətbuat Şurası və MEDİA Agentliyi müzakirələr apardı

Mətbuat Şurası və MEDİA Agentliyi müzakirələr apardı

Oktyabrın 24-də Azərbaycan Mətbuat Şurasında İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbər şəxslərinin görüşü keçirilib.

 

Sfera.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ-nin sədri Rəşad Məcid MŞ-nin təmsilçiləri ilə MEDİA rəhbərliyinin təmaslarının media məkanımızdakı proseslərlə bağlı fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətli cəhətlərinə toxunub, görüşlərin ənənəvi xarakter almasından məmnunluğunu dilə gətirib.

 

Görüşdə əsasən ölkəmizdə region mediasının hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub. Ə.İsmayılov bildirib ki, rəhbərlik etdiyi qurum Quba və Lənkəranda region mətbuatının nümayəndələri ilə görüşlər keçirib. Sistemli xarakter daşıyan bu görüşlərdə məqsəd regionlardakı media mühitinin diaqnostik qiymətləndirməsini apararaq bu sahənin inkişafına istiqamətlənən addımlar atmaqdır.

 

Görüşdə MŞ-nın İdarə Heyətinin üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıbdır.

 

Xatırladaq ki, 12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.  Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin  koordinasiya edilməsidir.

 

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...