Şərflərdən bu cür istifadə edə biləcəyinizi bilirdiniz? – Məşhur dizaynerlərdən tövsiyələr
İnsanların bəziləri şərfdən sadəcə soyuqdan qorunmaq üçün istifadə edərkən, bəziləri isə bunu dəb halına gətirib.
Sfera.az “Vogue”a istnadən il boyu geyimlərində şərfdən istifadə etmək istəyənlər üçün üsulları təqdim edir.
“Noihsaf”ın qurucusu “Kate Lindeello” tez-tez gödəkçədən imtina etmək üçün şərf və yun sviteri birləşdirir. “Lindeello” şərflərındə yay üçün pambıq və qış üçün yun materialdan istifadə edir.
Mütəxəssisin fikrincə, qız üçün olan şərflər bir yorğan kimi uzun, geniş və toxumalı olmalıdır.
“Abel Objects”in qurucusu “Kelsey Lim” də baş geyimlərinə son dərəcə meyilli olduğunu etiraf edib.
O bildirib ki, şərfləri papaq əvəzinə istifadə edir:
"Qışda qulaqlarımın donmaması üçün şərfin enli hissəsini başımın arxasına və üstünə papaq kimi bükürəm sonra boyun və çiynimdən keçirib bağlayıram”.
Bundan başqa, yüngül şərflər var ki, onlar yarıya qatlana və üst geyimi kimi istifadə edilə bilər.
Hətta siz bu şərflərdən hədiyyələrin paketlənməsi üçün də istifadə edə bilərsiniz.
Siz şərflərdən qalstuk, yaylıq, ətək kimi də istifadə edə bilərsiniz.
Firuzə Əliyeva