Bakıda polisin üstünə \"Prius\" sürən şəxsə hökm oxundu

Bakıda polisin üstünə \

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxs Rauf Qurbanov 9 il azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışı zamanı R.Qurbanovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun aprelin 28-də idarə etdiyi "Toyota Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...