HƏMAS iki il ərzində hücuma belə hazırlaşırmış – Kəşfiyyat məlumatı
Dünya
15:28 / 25.10.2023
2193
HƏMAS-ın İsrailə hücumu əvvəlcədən planlaşdırılıb.
Sfera.az bildirir ki, bu barədə kəşfiyyat məlumatları olan, adı açıqlanmayan iki mənbə “CNN”ə danışıb. Onlar HƏMAS-ın iki ildir, buna hazırlaşdığını söyləyib.
“Kəşfiyyatı göstərir ki, HƏMAS üzvlərindən ibarət kiçik bir qrup iki ildir, Qəzzanın altındakı tunellər şəbəkəsinə yerləşdirilən naqilli telefonlar vasitəsilə əlaqə saxlayıb. Ona görə də İsrail kəşfiyyatı onları izləyə bilməyib. Bu, 2 ildir planlaşdırılsa da, hücum vaxtı çatana qədər HƏMAS-ın yüzlərlə döyüşçüsünə məlumat verilməyib”, deyə “CNN” qeyd edib.
Bildirilib ki, iki il müddətində kompüter və ya cib telefonlarından istifadə etməyən HƏMAS liderləri görüşlərini üzbəüz keçiriblər.
Günay