Şəhid və qazi ailələri üçün yeni iş imkanları yaradılır - MÜSAHİBƏ

Şəhid və qazi ailələri üçün yeni iş imkanları yaradılır - MÜSAHİBƏ

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni layihə həyata keçirir. Tam təmannasız nəzərdə tutulan layihə çərçivəsində qazi, şəhid ailələri və sağlamlıq imkanları məhdud qadınlar kosmetologiyanın bütün dərinliklərini öyrənərək yeni peşəyə sahib olmaq imkanları qazanacaqlar.

 

Sfera.az xəbər verir ki, Yenicag.az Rəna xanımla həmsöhbət olub.

 

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova ilə müsahibəni təqdim edirik:

 

– Həyata keçirdiyiniz layihə barəsində məlumat verərdiniz.

 

– Bizim QHT “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi adlanır. Layihəmiz iki həftədir ki, başlayıb. Üç ildi fəaliyyətə başlayıb. Biz bu layihəni çoxdan fikirləşirdik. Bu il həyata keçirmək qismət oldu. Layihənin məqsədi qadınların öz ayaqları üzərində dayanmağıdır. 10 ildir ki, klinika açmışam. Bu müddətdə bir çox qadına dəstək olmuşam. Amma bu heç vaxt layihə şəklində olmayıb. Yəni, sırf qazi, şəhid ailələri üçün olmayıb. Yanımda öyrətmişəm xanımlara. Qalan qalıb yanımda işləyib, gedən də başqa yerdə işini davam etdirib. Qərara gəldik ki, tam təmannasız xanımlara praktik dərslər keçirək. 13 qadından ibarət olan  qrupumuzun içərisində 2 nəfər həkim var. Digərlərinin peşəsi həkim deyil. Kosmetalogiyanın digər növlərini öyrənəcklər.

 

– Bu proqram ödənişsizdirmi?

 

– Bəli. Tamamilə ödənişsiz.

 

– Bu şəxslər daha sonra işlə təmin olunacaqmi?

 

– Kömək edəcəm. Tanışlarım da var ki, bu işdə onların da dəstəyini görəcəm. Ümumiyyətlə, savadlı kadrlara həmişə ehtiyac var. Mən yardım etməsəm də onlar iş tapacaqlar. Amma əvvəldən özümə söz vermişəm ki, xanımlarımıza iş tapmalarında yardımçı olacam.

 

– Bu layihə nə qədər davam edəcək?

 

– Layihə 2,5 ay davam edəcək, bu müddət ərzində qadınlarımız kosmetologiyanın həm də praktikada öyrənəcəklər.

 

– Dərslər hansı saat aralığında keçirilir?

 

– Dərslərimiz həftədə 2 dəfə bu klinikada saat 11-dən – 17:00-a qədər,  keçirilir. Xanımlar kosmetalogiyanın nəzəriyyə və praktikasını öyrənirlər.

 

– Xanımlar praktikadan razıdırlar?

 

– Əlbəttə, çox razı qalırlar. Yüz dəfə təşəkkür edirlər bizə. Nə sual verirlərsə cavablandırırıq. Həmçinin nə ehtiyacları olsa da əlimizdən gəldiyi qədər kömək oluruq.

 

– Maraqlıdır, bu ideya hardan ağlınıza gəldi?

 

– Hər zaman ehtiyacı olan insanları yanımda görmək istəmişəm. Hər kəs dövlətə xidmət etməlidir. Bu layihə də vətənə xidmətdir. Bacardığım qədər xanımlara kömək etməyə çalışıram. Güclü qadınları görmək məni xoşbəxt edib. Mənə görə, qadınlar nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar.

 

– Bu layihədən sonra planlarınız nədir?

 

– Davamlı olaraq bu layihəni həyata keçirmək bir az çətin olar. Təqribi 10 müəllim dərs keçir. Zaman, otaq ayrılır. Dərslər keçirilir. Dərsdə istifadə edilən kosmetik ləvazimatlar bizim klinika tərəfindən qarşılanır. Ona görə də fasiləsi etmək çətin olar. Məsələn ildə 1 ya 2 dəfə etmək olar

 

– Allah yolunuzu açıq etsin.

 

– Çox sağ olun.


OXŞAR XƏBƏRLƏR

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...

Zaurun zarafatı Günayı özündən çıxardı - VİDEO

Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə yenidən gündəmə gəliblər.   Sfera.az xəbər veri...

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Lənkəranda çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan sürücü həbs edilib.   Sfera.az xəbər v...