"İsrail və ABŞ uduzacaqlar" - Ərdoğan

“İsrail və ABŞ ədalətə qarşı olduqları üçün uduzacaqlar”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib .

 

“Ey İsrail, bu cür düşüncə ilə siz ABŞ və ya Qərblə olsanız belə, uduzacaqsınız. Amerika da itirəcək. Bütün məsələ ədalətli dünya yaratmaqdır, lakin onlar bunu istəmirlər”, - deyə o bildirib.

 

Ərdoğan həmçinin əlavə edib ki, İsrailin Qəzza zolağına zərbələrinə haqq qazandırmaq “Qərbin qanlı tarixinin mirasıdır”.

 

Bundan əvvəl Ərdoğan regiondan kənar oyunçuları İsrailə Yaxın Şərq regionundakı vəziyyətlə bağlı kömək etməklə vəziyyəti gərginləşdirməməyə çağırıb.

 

O, həmçinin Təl-Əvivi  “məskunlaşma terroru”nda ittiham edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR