Spirtli içkidən imtinanın faydaları: Sağlamlıq və çox pula qənaət

Spirtli içkidən imtinanın faydaları: Sağlamlıq və çox pula qənaət

Müntəzəm spirtli içki içən şəxslərin alkoqoldan imtina etdikdən sonra gündəlik həyatlarında hansı dəyişikliklərin olmasını öyrənmək maraqlıdır. Ümumiyyətlə, spirtli içkidən imtina nə qədər asandır?


Sfera.az xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” qəzeti əvvəllər spirtli içkilərdən müntəzəm istifadə edən edən 3 nəfərin oktyabr ayında fikirlərini öyrənib. 


Müsahibənin oktyabrda alınması təsədüfü deyil. Çünki Britaniyada artıq 10 ilə yaxındır ki, bu ay Ayıq Oktyabr kimi qeyd edilir, bununla bağlı xüsusi kampaniyalar həyata keçirilir. Böyük Britaniyada Ayıq Oktyabr xərçəng xəstəliyinə tutulan insanlara dəstək verən xeyriyyə təşkilatı Macmillan Xərçəng Dəstəyi (Macmillan Cancer Support) üçün maliyyə toplamaq məqsədilə keçirilir. 2014-cü ildən keçirilən kampaniyanın əsas məqsədi pul toplamaqdır. Lakin hərəkat pul toplamaqla yanaşı həm də içki düşkünlərinin alkoqola münasibətini müəyyənləşdirməyə imkan yaradır. Son bir neçə ildə Ayıq Oktyabr sadəcə Britaniyada deyil, bütün dünyada ümumi bir hərəkata çevrilib.


“The Telegraph” bir ay ərzində və ya ümumiyyətlə spirtli içkidən imtina etməyi seçmiş oxucularla danışıb. 


Xanım Kolin Tudor deyir ki, o içkidən imtina etməklə həyatının ən yaxşı dövrünü yaşayır. Tudor bir vaxtlar o qədər içki düşkünü olub ki, o, özünü “işləyən alkoqolik" kimi təsvir edir: "Ərim, iki uşağım, ipoteka kreditim və işim var idi. Müntəzəm içki içib piyan olurdum. Spirtli içkilərdən uzaqlaşmaq üçün məcbur olub AA (alkoqol aludələrinin anonim görüşləri) toplantısına getdim. AA iclasında mənim üçün ən böyük sürpriz 3 qadının da orada olması idi. Mən onların hekayələrini dinləyərək özüm üçün çıxış yolu tapa bildim. Bu topantılarda ilk bir neçə həftə çox çətin keçdi. Tədricən ayıq günlərimin sayını artırdım. Burada mənə hər həftə bir neçə AA iclasına getmək və AA-dan ayıqlıq haqqında mümkün olan hər bir ədəbiyyatı oxumaq kömək etdi. Tədricən alkoqolsuz günlər və həftələr keçirmək mənim üçün daha asan oldu”.


Tudor alkoqoldan istifadə edən zaman elə düşünürmüş ki, spirtli içki qəbul etməsə həyat onun üçün əzablı olacaq. Lakin alkoqol istəyi azalmağa başlayandan Tudor həyatın daha maraqlı olduğunu görüb: “Spirtli içkidən uzaqlaşandan sonra itirdiyim illərə görə özünü günahkar bildim və daim özümü qınadım. Ancaq öyrəndim ki, keçmişi dəyişdirmək mümkün deyil və içki içdiyim illərimdəki uğursuzluqlar haqqında ailəmlə dürüst olmaq mənə narahatlıq və depressiyanı idarə etməyə kömək etdi”.


Tudor indi gününü qaçmaqla, dağ gəzintisi etməklə və xizək sürməklə keçirir. O, 40 yaşına qədər müntəzəm və çox miqdarda spirtli içki qəbul etdikdən sonra alkoqoldan xilas ola bilib. 


Spirtli içki istifadə edən 61 yaşlı Dom Lou özünü alkoqol aludəsi kimi təsnif etmir. 


O alkoqoldan həzz aldığını və özünün "xoşbəxt sərxoş" olduğunu deyib. Onun fikrincə müəyyən fasilələrlə alkoqol qəbul etmək pis deyil: “Mən içməyə davam etməkdən xoşbəxt olduğumu etiraf edirəm. Amma əsas məsələ nə qədər alkoqol qəbul etməkdir. Bəzi insanlar müntəzəm alkoqol içməklə yanaşı, çox miqdarda spirtli içki qəbul edirlər ki, bu da insanın yavaş-yavaş özünü öldürməyinə oxşayır. Mən isə lazım olduqda günlərlə spirtli içki içmirəm. O cümlədən Ayıq Oktyabrı özün üçün spirtsiz ay elan etmişəm”. 


Amma Dom etiraf edib ki, uzun müddət spirt qəbul etməməsi ona təsir edir. Bununla belə o iradəsinin güclü olan şəxslərin daha uzun müddət spirtli içkilərdən uzaq durmasının mümkün olduğunu deyib. 


Daha bir xanım Ksante Qreys də uzun müddət spirtli içki qəbul etdikdən sonra ondan imtina etməyi bacarıb. O altı il əvvəl, əlli yaşlarının ortalarında olarkən məhz Ayıq Oktyabr kampaniyasına qoşulmaqla bunu edə bilib. 


Qreys spirtli içki içməyə başladığından içkini dayandırdığı tarixə qədər olan dövrü belə xatırlayır: “On altı yaşım olanda internat məktəbində içməyə başladım. İçkiyə başlamağım düşdüyüm şəraitə uyğunlaşmaq istəyim ilə bağlı idi. Mən hər gün içməzdim. Amma bir ayın daha çox hissəsini içərdim və bəzən bir şüşə şərabı tamamilə boşaldardım.


Mən bir asılılıq yaratmışdım, amma bu, tam alkoqolizm deyildi. Sevinirəm ki, bunun da bir problem olduğunu müəyyən etdim və çox gec olmadan spirtli içki qəbulunu dayandırmağa qərar verdim. 


Başlanğıcda içki içməyimlə bağlı qaydalar yaratdım. Yalnız həftə sonları və axşam saat 6-dan sonra içirdim. İçki qəbul etdikdə isə maksimum 2 qədəh şərab qəbul edirdim. Bu rejim uzun müddət sürdü və anladım ki, mən bir spiralın içindəyəm və az içsəm də alkoqoldan uzaqlaşa bilmirəm. 


Alkoqolla tam vidalaşmaq üçün One Year No Beer (Bir İl Pivəsiz) adlı onlayn icmaya qoşuldum. Mənimlə eyni vəziyyətdə olan insanların olması mənə ruh yüksəkliyi gətirirdi. Mən o insanlarla özümü müqayisə edərək daha yaxşı vəziyyət yaratmağa çalışırdım. Başqaları ilə fikirlərimi bölüşmək mənim uğurumun ən böyük açarı olub. Mən hələ də həmin cəmiyyətin üzvüyəm”. 


Qreys alkoqoldan imtina etdikdən sonra gördüyü bəzi faydaları da açıqlayıb: “İndi yuxum daha yaxşıdır, dərim yaxşılaşıb, menopoz əlamətlərim demək olar ki, bir gecədə yox oldu. Daha çox enerjim var, arıqladım və gün ərzində iş üçün daha çox vaxt ayıra bilirəm. Qırx ildən sonra yenidən fortepiano çalmağa başladım, oxumağın sevincini yenidən kəşf etdim və hətta karyeramı dəyişdim. İnsanlara ən sağlam və ən yaxşı həyatlarını yaşamağa kömək etmək istədiyim üçün sertifikatlı sağlamlıq məşqçisi oldum. Mən həm də çoxlu pula qənaət etdim”. 

 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...

Qərb Ukraynaya vəd etdiyi yardımın yarısını verib

2022-ci ildə müharibə başlayandan Qərb ölkələri Ukraynaya 238.5 milyard dollarlıq yardım edib ki, bu da ölkənin eyni dövr üçün büdcə xərclərinin az qala 90%-i d...