Rusiyalı pilotları tortla zəhərləmək istəyən ukraynalı SAXLANILDI
Rusiyalı pilotlara qarşı sui-qəsd təşkil olunub.
Sfera.az bildirir ki, bu iddia ilə “Flightbomber” adlı teleqram kanalı çıxış edib. Qeyd olunub ki, bu yaxınlarda Armavir Hava Hərbi Akademiyasını bitirən pilotlar məzun olmalarının 20 illiyini qeyd etmək üçün bir araya gəliblər.
“Mərasimə ən azı 70 pilot toplaşıb. Onların arasında vəzifəli şəxslər də olub. Pilotlar bir müddət söhbət edib, daha sonra onlara tort və içki təklif edilib. Tort görüş üçün xüsusi sifariş edilmişdi və üzərində Armavir Hava Müharibə Akademiyasının gerbi vurulmuşdu. Əvvəlcə şübhəli heç nə yox idi. Lakin anonim sifariş edilən tort və spirtli içkilər qrupdakı pilotlardan birinin diqqətini çəkib. Nəticədə zabitlər son anda zəhərləmədən qurtula biliblər. Bu cür aviasiya məktəbini bitirmiş pilotlar düşmən üçün yaxşı hədəfdir”, deyə kanal yazıb.
Qeyd olunub ki, tort və içkiləri gətirən kuryer tutulub və əməlini etiraf edib: “Sözügedən şəxs Melitopol şəhərinin sakini idi və sui-qəsddən sonra əvvəlcədən alınmış təyyarə bileti ilə bölgəni tərk etməyə hazır olub”.
Onlarla rus pilotunu məhv etmək cəhdində Ukrayna hərbi kəşfiyyatını günahlandıran kanalın məlumatına görə, 32 yaşlı E. Semenov olduğu bildirilən şəxs qonaqların sayını və şənliyin keçiriləcəyi restoranı bildiyini, tərkibində "güclü zəhər" olan tortu haradan aldığını deyib. Bildirilib ki, Semenov qida məhsullarını Krasnodar şəhərinin şərqindəki Armavirdəki yerli şirniyyat mağazasından sifariş edib.
Günay