Viktoriya Bekhemin sərvət dəyərindəki üzük kolleksiyası - FOTOLAR
Bekhem haqqında "Netflix"də serialın yayımlanmasından sonra təkrarolunmaz cütlük Devid və Viktoriya Bekhemlər yenidən gündəmə gəliblər.
Sfera.az "Vogue" jurnalına istinadən xəbər verir ki, Viktoriya Bekhemin ulduz futbolçu ilə evli olduğu 24 il ərzində istifadə etdiyi üzüklər marağa səbəb olub.
.
Məlumata görə, Viktoriyaya Bekhem tərəfindən bağışlanmış 15-ə yaxın üzük var.
Belə ki, ulduz futbolçu 1998-ci ildə almaz qaşlı sarı qızıldan olan bahalı üzüklə “Spice Girl”in keçmiş üzvünə evlilik təklifi edib.
1999-cu il iyulun 4-də İrlandiyada cütlüyün zəngin toy mərasimindən qısa müddət sonra Viktoriya sol əl barmağındakı platin nişan üzüyünü dəyişdirib. Moda maqnatı o vaxtdan bəri müxtəlif almaz, yaqut, zümrüd və sapfir daşlı üzüklər taxır.
Aynil Camal