“Axı mən də ofisiant işləmişəm...” – Razi Nurullayev keçmiş həmkarlarından ŞİKAYƏTLƏNDİ

“Axı mən də ofisiant işləmişəm...” – Razi Nurullayev keçmiş həmkarlarından ŞİKAYƏTLƏNDİ

Deputat Razi Nurullayev xidmət sektorundakı problemlərlə bağlı maraqlı paylaşım edib.

 

Sfera.az bildirir ki, o, ofisiantlarda müşahidə etdiyi detallarla bağlı təəssüratlarını bölüşüb.

 

“Ofisiantların ən yaxşı bacardığı işlərdən biri əlini bir dəfə silib qoyduğun salfetkanı yoxa çıxarmaqdır. Bir də görürsən ki, göz qırpımında yoxa çıxdı. Həm lap çoxlu salfetkalar israf olunur, həm də dayanmadan salfetka axtarışına çıxırsan. Xidmət göstərmək salfetkanı anında yoxa çıxarmaqla olmur”.

 

Millət vəkili həmçinin qeyd edib ki, məclislərdə də başqa problemlər olur:

 

“Toyda, restoranda ilk əvvəl içməyə nə süzdülərsə, axıra kimi onu içməyə məhkumsan. Səylə içirsən, tez qurtarsın ki, başqa cür su, meyvə şirəsi deyəsən. Amma boş stəkanı yerə qoymağınla eyni cür içkinin doldurulması bir olur. Başqa şansın olmur. Məcbursan, tədbirin sonuna kimi eyni içkidən içəsən. Bunları sizləri özümə çox yaxın bilib deyirəm. Axı mən də ofisiant işləmişəm”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...