Zelenski bu ölkələrə SƏSLƏNDİ: “Prosesi gecikdirməyin”
Ukrayna lideri Volodimir Zelenski Avropa İttifaqı ölkələrinə çağırış edib.
Sfera.az bildirir ki, o, ölkəsinin təşkilata üzvlük danışıqları ilə bağlı fikirlərini təkrarlayıb. Zelenski Aİ Komissiyasının sədri Ursula fon der Leyen və digər üzvlərlə onlayn görüşündə prosesin sürətləndirilməsini istəyib.
“Aİ Komissiyasının bu ilin sonuna qədər Kiyevlə tam üzvlük danışıqlarına başlayacağına ümid edirəm. Bu, Ukraynanın ən mühüm prioritetlərindən biridir. Aİ-nin də eyni şəkildə cavab verəcəyini düşünürəm. Ümumiyyətlə, biz tərəqqi baxımından çox şey etmişik . Heç kimdən heç bir imtiyaz gözləmirik. Biz lazımi siyasi əzmi göstəririk”.
Bununla yanaşı, Zelenski Aİ Komissiyasından Brüsselin Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynanın yenidən qurulması üçün istifadə etmək vədini yerinə yetirməyi xahiş edib.
Günay