Ötən il bölgələrdə 300-ə yaxın erkən nikahın qarşısı alınıb

Ötən il bölgələrdə 300-ə yaxın erkən nikahın qarşısı alınıb

2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunub.

 

Sfera.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

 

Qeyd edilib ki, bu nəticə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasəndir. Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılıb. Müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

 

Yerli rayon icra hakimiyyətlərindən alınan məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

 

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.


OXŞAR XƏBƏRLƏR

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...

Zaurun zarafatı Günayı özündən çıxardı - VİDEO

Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə yenidən gündəmə gəliblər.   Sfera.az xəbər veri...