“Kənar güclərin regiona müdaxiləsinin qarşısı alınmalıdır, əks halda..” - AÇIQLAMA

“Kənar güclərin regiona müdaxiləsinin qarşısı alınmalıdır, əks halda..” - AÇIQLAMA

“Dünyanın ayrı-ayrı beynəlxalq gücləri Cənubi Qafqaz regionuna “yağlı tikə” kimi baxırlar”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, Fransa, ABŞ kimi regiondan çox uzaq dövlətlər bölgə ilə bağlı maraqlarını həyata keçirmək məqsədilə hərbi gərginliyə şərait yaradırlar:

 

“Bu dövlətlər çirkin məqsədləri üçün daha çox regionun “ən zəif bəndi” olan Ermənistandan istifadə edirlər. Region ölkələri məhz qarşılıqlı əməkdaşlıq, həmrəylik nəticəsində kənar güclərin bölgəyə müdaxiləsinin qarşısını ala bilərlər. Bu isə regionda “suların durulması” deməkdir. Cənubi Qafqazda əməkdaşlığın güclənməsi, xarici güclərin regiona müdaxiləsinin qarşısının alınması üçün ən ideal variant məhz 3+3 layihəsidir. Altılıq platformasının güclənməsi istiqamətində müəyyən addımlar atılsa da, təəssüf ki, hələ də arzuolunan nəticəni əldə etməmişik. Bunun əsas səbəbi Gürcüstanla Rusiya arasındakı problemlərdir”.

 

Ekspert əlavə edib ki, altılıq platformasının güclənməsi region ölkələrinin hər birinin xeyrinə olmaqla yanaşı, həm də ümumi bölgə üçün faydalıdır:

 

“Əslində 3+3 formatının inkişafı qlobal sülhə də töhfə verə bilər. Çünki bunun nəticəsində ayrı-ayrı siyasi aktorlar arasında qarşıdurma xeyli dərəcədə səngiyəcək.  Kənar güclərin regiona soxulmasının qarşısının alınması Cənubi Qafqaz ölkələrinin marağındadır. Bunun yeganə yolu isə ortaq mövqedən çıxış edərək, əməkdaşlığı gücləndirməkdir. Bu zaman bizim heç bir kənar oyunçuya ehtiyacımız olmaz. Nəticədə üçüncü güclərin regiona soxulmasının qarşısı alınar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...