“Ilon Mask ABŞ prezidentliyinə namizəd olacaq” – İDDİA 

“Ilon Mask ABŞ prezidentliyinə namizəd olacaq” – İDDİA 

“İlon Maskın ABŞ prezidentliyinə iddiasını ortaya qoyacağını istisna etmirəm”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspert bildirib ki, Mask özünü siyasətdə də sınamağa qərar verib:

 

“Onun vaxtilə inşaat və otel sektorunda ad qazanmış keçmiş Prezident Donald Trampdan nəyi əskikdir? Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib. İlon Mask son zamanlar siyasi açıqlamalar verir, indi də deyib ki, ABŞ-nin Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar. 


Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağa qərar verir. Fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb. Hər halda, İlon Mask 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq”.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....