Rayon rəhbəri Kürd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi - FOTO

Rayon rəhbəri Kürd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi - FOTO

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev oktyabrın 24-də Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Kürd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirdi.

 

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Kürd kəndində keçirilən səyyar qəbulda çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.

 

Rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verdi.

 

Sonra Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Rövşən Cabbarov çıxış edərək Kürd kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, sakinlərin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

 

Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

İyulun 30-da “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” kollektivinə qarşı oyun...

ABŞ İranı yenidən vura bilər: "Tehran HƏMAS-ı danışıqlardan yayındırır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza ilə bağlı danışıqlarda HƏMAS razılaşmaya yanaşmır və bölgədəki proseslərə İranın təsiri nəzərə çarpır.  O ə...

Dünyanın nəhəng yırtıcısı təhlükədədir – Bu gün onların günüdür

Bu gün, iyulun 29-u dünyada Beynəlxalq Pələnglər Günü kimi qeyd olunur. Günün əsas məqsədi planetin ən möhtəşəm və eyni zamanda nəsli kəsilmək təhlükəsi ilə üzl...

Tanınmış jurnalistə ağır itki - FOTO

Jurnalist-publisist Nəzirməmməd Zöhrablıya ağır itki üz verib.   Sfera.az modern.az-a istinadən xəbər verir ki, onun böyük qardaşı, Cənub bölgəsinin ...

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...