Dövlət Komitəsi: \"Gəncədə küçəyə atılan körpələr uşaq evinə yerləşdiriləcək\"

Dövlət Komitəsi: \

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə azyaşlıların küçəyə atılması ilə bağlı araşdırmalara başlayıb.

 

Dövlət Komitəsindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb.

 

Qeyd olunub ki, uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb.

 

"Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.

 

Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - qurumdan bildirilib.


OXŞAR XƏBƏRLƏR

DİM-dən DTX-nin əməliyyatı ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştir...

Uşaq homoseksualdırsa, onun səbəbi anadır - Seksoloqla MÜSAHİBƏ

Son illərdə həm dünyada, həm də Azərbaycanda eyni cinslər arasında münasibət mövzusu getdikcə daha çox gündəmə gəlir. İnsan hüquqları və fərdi seçim kontekstind...

Bakı metrosunda “yanğın”: FHN hərəkətə keçdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi və Bakı Metropoliteni QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında taktiki-xüsusi təlim keçi...

Zaurun zarafatı Günayı özündən çıxardı - VİDEO

Aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyeva sosial şəbəkədə paylaşdıqları görüntülərlə yenidən gündəmə gəliblər.   Sfera.az xəbər veri...

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Lənkəranda çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan sürücü həbs edilib.   Sfera.az xəbər v...

İmran Qurbanov Qusar Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqa...