Azərbaycanda yoluxucu xəstəlik yayılan məktəb bağlandı - RƏSMİ

Azərbaycanda yoluxucu xəstəlik yayılan məktəb bağlandı - RƏSMİ

Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir.

 

Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

 

“Qafqazinfo” məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan qızılca səbəbindən məktəbin bağlandığını təsdiqlədilər: “Sentyabrın 24-də Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilib və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub”.

 

Hazırda gimnaziya şagirdləri distant təhsil alırlar: “Bu səbəbdən şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Hazırda gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən, 27 oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur”.


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...