Atası kimi məşhur bir alim ola bilərdi, lakin ömrü ruhi xəstəxanada keçməklə sonlandı

Atası kimi məşhur bir alim ola bilərdi, lakin ömrü ruhi xəstəxanada keçməklə sonlandı

Hamımız qəbul edərik ki, Albert Eynşteyn dünyanın indiyə qədər gördüyü ən inanılmaz dahilərdən biridir, elə deyilmi? Bu gün biz elm aləminə böyük töhfələri ilə tarixdə dərin iz qoyan Albert Eynşteynin həyatının tamam başqa yönündən danışacağıq.


Sfera.az Albert Eynşteyn kimi böyük alim olduğu düşünülən, lakin faciəvi şəkildə ruhi xəstəxanaya düşmüş Eduard Eynşteyn haqqında yazı tədqim edir.


Eduard Eynşteynin anası Mileva Mariç Albert Eynşteynin ilk həyat yoldaşı idi. Mariç Sürixdəki Federal Texnologiya İnstitutunda Albert Eynşteynin sinfində oxuyan yeganə qadın tələbə idi.


Eynşteyn kimi möhtəşəm bir zəkaya sahib olan Mariç Eynşteyndən dörd yaş böyük idi, lakin Eynşteyn bu vəziyyətə zərrə qədər əhəmiyyət verməyib. Albert bu qadında qarşısıalınmaz bir cazibə hiss edirdi. Cütlüyün münasibəti tez bir zamanda romantikləşib və evlənmədən əvvəl Lizerl adlı bir qızları olub.
Lizerlin dünyaya gəldiyini məktub vasitəsilə öyrənən Eynşteynin kiçik qızını heç görmədiyi məlum olsa da, təəssüf ki, körpənin taleyi ilə bağlı dəqiq məlumat yoxdur.


Təxminlərə görə, qeyri-qanuni körpə olan Lizerlin gənc yaşda öldüyü və ya bir ailəyə övladlığa verildiyi bildirilir. 1903-cü ildə evlənən Eynşteyn və Mariçin Hans Albert və Eduard adlı iki oğlu olur. Lakin bu münasibət uzun sürməyib. Mariç 1914-cü ildə Eynşteyndən boşandıqdan sonra oğullarını da götürərək Sürixdən Berlinə qayıdıb.


Eduard Eynşteyn doğulduğu gündən xəstəliklərlə mübarizə aparan uşaq idi. Zəif bədəni ona ailəsi ilə səyahət etməyə mane olurdu və o, vaxtının çoxunu evdə keçirməyə məcbur idi.


Balaca Edurardın bu vəziyyəti ailəsini çox üzürdü. Albert Eynşteyn dostuna yazdığı məktubda Eduardın vəziyyətindən narahatlığını ifadə edib. O kiçik oğlunun daim xəstəliklərlə mübarizə apardığı üçün heç vaxt tam sağalmayacağını düşündüyünü bildirib. Buna baxmayaraq, Eynşteyn oğlunun sağlamlığını bərpa etmək üçün əlindən gələni etməyə qərarlı idi.

 

Eduard böyüdükcə maraqları da müxtəlifləşib. O, poeziya ilə maraqlanıb, fortepiano öyrənməyə başlayıb və psixiatriya ilə bağlı əlinə keçən hər şeyi oxuyub.




Atasının “Tete” (kiçik) adlandırdığı Eduard da valideynləri kimi böyük bir alim olmaq fikrində idi. Ailəsinin yolunu davam etdirən Eduard Sürix Universitetinə daxil olur və burada atası kimi özündən yaşlı bir qadına aşiq olur. Valideynlərinin münasibətləri kimi, onun da münasibətləri böyük məyusluqla başa çatıb. Eduardın psixi sağlamlığı da məhz bu dövrdə pisləşməyə başlayıb.


Eduard getdikcə beyninin dərinliyindəki bataqlığa batırdı. Nəticədə o, 1930-cu illərdə intihara cəhd edib.
 

Eduardı müayinə edən həkimlər gəncə şizofreniya diaqnozu qoyublar. Tətbiq edilən çox ağır müalicələrə görə Eduardın vəziyyəti gələcəkdə o həddə çatacaqdı ki, hətta danışmağı belə unudacaqdı. Ata Eynşteyn Eduardın vəziyyətinin irsi olduğuna və xəstəliyin anadan oğluna keçdiyinə inanırdı. Lakin bu elmi müşahidə ona nə dərdini unutdura bilib, nə də günah hissini yüngülləşdirib. Hətta Albert Eynşteynin ikinci həyat yoldaşı Elza bu haqda:
 

“Bu kədər Alberti yeyib bitirir” - deyib.
 

Nasistlərin yüksəlişi Albert Eynşteyni çətin vəziyyətə salmışdı. Dünyanın ən məşhur alimlərindən biri də olsanız, inanclarınıza görə yaşadığınız yerdən sürgün edilə bilərdiniz...


Eynşteyn ailəsi ilə birlikdə Amerikaya getməyə qərar verib və arzusu kiçik oğlu Eduardın böyük qardaşı ilə birlikdə onlara qoşulması idi. Lakin Eduardın günü-gündən pisləşən psixi durumu buna imkan vermirdi. Eynşteyn Amerikaya getməzdən əvvəl oğlunu son dəfə görmək istəyirdi. Bundan sonra Eduarda daim məktub yazmağa və müalicəsi üçün pul göndərməyə davam etsə belə, onların heç vaxt qovuşmaq imkanı yox idi.


Eduard ömrünün qalan hissəsini İsveçrədəki klinikalardan birində keçirib və 55 yaşında dünyasını dəyişib. Sevimli oğluna kömək edə bilməməyin acısı isə Albert Eynşteynin ürəyindən heç vaxt silinməyib.


Ömrünün 30 ilini dörd divar arasında sağalmağı gözləməklə keçirən Eduard təəssüf ki, yaxşılaşmaq əvəzinə günü-gündən pisləşirdi. Ağır müalicələr hətta Eduardın nitqinə və idrak qabiliyyətinə təsir göstərərək xəstəliyini yüngülləşdirmək əvəzinə daha da pisləşdirirdi. Beləliklə, bəlkə də atası kimi unudulmaz bir alim olacaq Eduard Eynşteynin həyatı Sürixdəki Hönqerberq qəbiristanlığında başa çatıb.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...