Bu şəhər “Toz Cəhənnəmi” adlanır - Hər il 100 min insanın ölür

Bu şəhər “Toz Cəhənnəmi” adlanır - Hər il 100 min insanın ölür

Çirkli deyəndə ağlımıza ilk hava çirkliliyi ilə məşhur olan Çin və ya Hindistan gəlir, əslində isə bunlar dünyanın ən çirkli şəhərinin yerləşdiyi ölkələr deyil.


Bu fotolar Çin və Hindistandandır, amma təsəvvür edin ki, haqqında danışdığımız yer ondan da çirklidir...


Sfera.az bildirir ki, dünyanın ən çirkli şəhəri Pakistanın Lahor şəhəridir.


Lahor Pakistanın ikinci ən böyük şəhəridir və bir çox tarixi binaların məskənidir.


“American Air Index” hesabatlarına görə dünyanın ən çirkli şəhəri seçilən Lahorda həm hava, həm də ətraf mühitin çirklənməsi nümunələri var.


Haqqında danışdığımız çirklənmə isə onun atmosferə və canlı insanlara yaydığı zəhərdir.
 

Yüksək kömür istehlakı, avtomobillərdən çıxan dizel tullantıları və fabriklər tərəfindən təmizlənməmiş sənaye qazları bu şəhəri bu dərəcədə çirkli və murdar edir.

Hökumət hazırda şəhərdə yalnız zibil toplamaq üçün tədbirlər görsə də, qazlarla bağlı heç bir tədbir görülmür.
Havanın çirklənməsi o qədər ciddi həddə çatıb ki, 2018-ci ildə 135 min insan məhz bu səbəbdən dünyasını dəyişib.


Araşdırmalara görə, bu çirklənmənin insan ömrünü 5 il azaldacağı hesablanıb.
 

14 milyon əhalisi olan bu şəhərdə toz və zibil heç vaxt bitmir. Maşını 2 saatlıq hardasa tərk etsəniz, qayıdanda onun toz qatı ilə örtüldüyünü görə bilərsiniz.


Əslində bazardakı bütün alverçilər müəyyən fasilələrlə piştaxtaların və məhsulların tozunu təmizləyirlər. Tozlanmaq üçün təkcə dayanmaq lazım deyil. Gəzinti zamanı maskanız, paltarınız və ayaqqabınız toz içində qalacaq.


Şəhərdə yaşayan bir çox insan bu toz və çirklənmə səbəbindən ağciyər xərçəngindən ölür.
 

Bu, həqiqətən qorxuludur. Toz sanki bütün həyatı ələ keçirib.

 

Təsəvvür edin, şəhərdə bir gün nəfəs almaq 15 siqaret çəkməyə bərabərdir

Şəhərin küçələrində kanalizasiya suları dövr edir və bu su heç bir şəkildə örtülmür. Havadakı toz, kimyəvi birləşmələr və qazı nəzərə alanda bu vəziyyət lap dəhşətli hala gəlir.

 

Nəşr edilən hesabatlara görə, Pakistanda havanın çirklənməsi müəyyən ediləndən 8 dəfə çoxdur.


Avropa Birliyi tərəfindən təyin olunan pm 2.5 dəyərini nəzərə alsaq, 50 bu standartlara görə çox yüksəkdir. Lahorda isə ölçülən orta dəyərlər isə 450 bandındadır...
Şəhərin bələdçi kitablarında krandan axan suda ciddi çirklənmə olduğu üçün dişləri bu su ilə fırçalamamaq tövsiyə olunur.


Çöldə yemək yeyən insanlar daha sonra əllərini ümumi bir çanaqda yuyurlar. Çöldə ət, toyuq və balıq məhsulları üstü açıq satılır. Təbii ki, üzərindəki milçəklər oradan heç vaxt ayrılmır...


Dumanın 5-ci mövsüm sayıldığı Lahorda sentyabr-dekabr aylarında görünən dumanın alt qatını toz təşkil edir.


Toz ən aşağı təbəqədə asılı olaraq qalır, dumanın içinə çökür və bütün şəhəri əhatə edir.

 

Bu duman qatı şəhərə o qədər təsir edir ki, yollarda zəif görmə səbəbindən bir çox qəzalar baş verir.


Maşınlar yolu belə görmür, qaldı ki, qarşısındakı maşını…
 

Şəhərdə ümumiyyətlə zibil qutuları olsa da, əslində hər yer zibilliyə çevrilib. İnsanlar zibillərini tamamilə adi bir hal kimi eyvandan yerə atırlar.
 

Bütün günü zibil toplanılmağa davam edilsə də, təbii ki, bu qədər zibil təmizləmək mümkün deyil.
 

Çirklənmə o həddə çatıb ki, vaxtaşırı şəhərdə toz fırtınaları baş verir.

 

Zaman-zaman isə bu fırtınalar səbəbindən insanlar həyatını itirir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...